Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı və tələbələri “Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfransda iştirak ediblər

DGKA-nın əməkdaşı və tələbələri “Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfransda iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfrans təşkil edilib. Bakı Konqres Mərkəzində keçirilən tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması və ictimai məsuliyyət hissinin gücləndirilməsi olub.
Konfransda digər rəsmi şəxslərlə yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova da spiker qismində çıxış edib. O, “Hüquqi maariflənmə və ictimai məsuliyyət” panelində gənclərin suallarını cavablandırıb.
Tədbirdə həmçinin DGKA-nın tələbələri də fəal iştirak edərək, hüquqi savadlılıq və ictimai məsuliyyət mövzusunda öz fikirlərini bölüşüblər.