Yeni tədris ilinə dair Elmi Şuranın iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Elmi Şurasının 2025/2026-cı tədris ilinə dair ilk iclası keçirilib. İclasın gündəliyinə yeni semestrdə tədrisin təşkili və digər cari məsələlər daxil edilib.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
İclasda payız semestrinə hazırlıqlarla bağlı görülmüş işlər, Akademiyada 2025/2026-ci tədris ili üçün keçirilmiş tələbə qəbulunun nəticələri, maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan fəaliyyətlər haqqında çıxışlar dinlənilib.
Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin cari məsələlər ətrafında fikirləri səsləndirilib.
Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






