Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə “166 Yükdaşıma və Logistika” şirkəti arasında Memorandum imzalanıb

DGKA ilə “166 Yükdaşıma və Logistika” şirkəti arasında Memorandum imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “166 Yükdaşıma və Logistika” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması məqsədilə görüş keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun və “166 Yükdaşıma və Logistika” şirkətinin baş icraçı direktoru Talıb Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, logistika sahəsində innovativ yanaşmalar və insan resurslarının inkişaf etdirilməsi mövzularında geniş müzakirələr aparılıb.
Müzakirələrdən sonra əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.