Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəhbərliyi Şamaxıda “YayFest”də iştirak edən tələbələrlə görüşüb

DGKA-nın rəhbərliyi Şamaxıda “YayFest”də iştirak edən tələbələrlə görüşüb

Şamaxıda “YayFest” çərçivəsində təşkil olunan “Təhsildə milli kimlik və suveren fikrin uğurlu sinerjisi” adlı panel müzakirəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələrlə bir araya gəlib.
Əsas müzakirə mövzuları müasir təhsil modeli, milli kimliyin qorunması, strateji və suveren düşüncə tərzinin formalaşdırılması və gənclərin gələcək karyera imkanları ilə bağlı olan panel görüşündə Mingəçevir Dövlət Universitetinin (MDU), Bakı Avrasiya Universitetinin (BAA) rektorları, eləcə də ölkəmizin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən tələbələr iştirak edib.
Panel çərçivəsində Q. Novruzov milli kimliyin qorunması, strateji düşüncənin inkişafı və gənclərin dövlətə bağlı ruhda yetişməsinin vacibliyini vurğulayıb. O, tələbələrə gələcək karyera yollarında fəal və məsuliyyətli olmağı tövsiyə edib.
Panel sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, təkliflər dinlənilib və müzakirələr aparılıb.