Baş səhifə
Elanlar
“Təhlükəli yüklərin beynəlxalq daşınmasında yeniliklər” mövzusunda ustad dərsi

“Təhlükəli yüklərin beynəlxalq daşınmasında yeniliklər” mövzusunda ustad dərsi

15.04.2026 17:51
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində növbəti tədbir təşkil olunur. Türkiyəli ekspert, Avropa Komissiyasının üzvü Murad Özçelikin təqdimatında keçiriləcək seminarda iştirak etməyə dəvətlisiniz.
📌Seminarın əsas mövzuları:
• Təhlükəli yüklərin qruplaşdırılması və konteyner növləri;
• Nəqliyyat növləri (hava, dəniz, dəmiryolu, avtomobil) üzrə daşıma xüsusiyyətləri;
• ADR (Avropa Sazişi) tələbləri və sənədləşmə qaydaları;
• Türkiyə qanunvericiliyi və beynəlxalq təcrübə.
👤 Təlimçi haqqında: 12 illik təcrübəyə malik təqaüddə olan polis Murad Özçelik — Türkiyənin Təhlükəli Maddələrin Güvənliyi Mütəxəssisləri və Təşkilatları Birliyinin rəhbəri, Təhlükəli yüklər üzrə Avropa Komissiyasının üzvü, “Evren akademi”nin baş ADR təlimçisi və şirkət rəhbəridir.
Tədbirdə müvafiq idarələrdən maraqlanan gömrük əməkdaşları iştirak edə bilərlər.
🔗 Qeydiyyat:
İştirak etmək istəyən əməkdaşların aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur:
🗓 Tarix: 15 aprel 2026-cı il
🕛 Saat: 12:00 (Müddət: 2 saat)
📍 Məkan: DGKA, Konfrans zalı