Bizlə əlaqə (994 12) 404 22 00

Təhsil Haqqından Azad olanlar

Müvafiq sərəncam və qanuna uyğun olaraq təhsil aldığı müddətdə  təhsil haqqından azad olan tələbələr:

  1. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

    1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);

    2. Tələbənin və hər iki valideyninin şəxsiyyət vəsiqələrinin əsli və surəti (notariusda təsdiq edilmiş)

    3. Tələbənin və hər iki valideyninin qaçqınlıq sənədinin  əsli və surəti (notariusda təsdiq edilmiş)

    4. Doğum haqqında şəhadətnamə və surəti

    5. Ərizə

    6. Sağlamlıq haqqında arayışın əsli (forma 86);

    7. Attestatın əsli;

    8. Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

    9. Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

    10. Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

    11. 4 ədəd 3x4 rəngli foto şəkil.

 

  1. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

  2. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).

  3. Tələbənin doğum haqqında şəhadətnaməsi

  4. Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

    1. Sağlamlıq haqqında arayışın əsli (forma 86);

    2. Attestatın əsli;

    3. Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

    4. Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

    5. Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

    6. 4 ədəd 3x4 rəngli foto şəkil.

 

  1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

  2. Valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).

  3. Tələbənin doğum haqqında şəhadətnaməsi

  4. Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

    1. Sağlamlıq haqqında arayışın əsli (forma 86);

    2. Attestatın əsli;

    3. Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

    4. Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

    5. Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

    6. 4 ədəd 3x4 rəngli foto şəkil.

 

  1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli  Azərbaycan Respublikasının Qanununa əsasən

    1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;

    2. hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;

    3. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

      1. Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).

      2. Tələbənin doğum haqqında şəhadətnaməsi

      3. Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

    4. Sağlamlıq haqqında arayışın əsli (forma 86);

    5. Attestatın əsli;

    6. Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

    7. Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

    8. Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

    9. 4 ədəd 3x4 rəngli foto şəkil.