Bizlə əlaqə (994 12) 404 22 00

Haqqımızda

Dövlət Gömrük Komitəsinin Akademiyası

     Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

     Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

     Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Gömrük işi sahəsində elmi tədqiqatların aparılması
  • Metodik işin təşkili və təkmilləşdirilməsi
  • Gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması
  • Integer vitae nisi a odio
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi

Sizi Gömrük Akademiyasının ilk müdavimi olaraq Akademiyaya qəbul olmanız münasibətilə təbrik edirik. İqtisadiyyat və hüquqşünaslıq sahəsində mükəmməl biliklərə sahib olmaq üçün sizə müvəffəqiyyətlər arzu edirik.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

   Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.