Kafedra haqqında

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “Ümumtəhsil fənnləri” kafedrası 2018-2019-cu tədris ilində yaradılmışdır. Kafedrada “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisasları üzrə olmaqla, 25 fənn üzrə tədris aparılır.

Tədris əsasən, hər iki ixtisasın tədris planına uyğun olaraq “Humanitar fənnlər” və “İxtisasın peşə hazırlığı” blokuna aid olan fənnlər üzrə aparılır.

Bu fənnlər “Azərbaycan tarixi”,  “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Xətti cəbr və riyazi analiz”,  “İnformatika-kommunikasiya texnologiyaları” və digər fənnlərdir.

Fənnlər peşəkar pedaqoqlar tərəfindən tədris edilir.