Kafedra müdiri

Əlirzayev Elvin Vahid oğlu

İqtisad üzrə fəlsəfə doktoru

 

İbtidai və orta təhsilini 1991–2001-ci illərdə Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində almışdır.

2006-ci ildə Milli Aviasiya Akademiyası “İqtisadiyyat və hüquq” fakültəsinin “Gömrük işi üzrə İnzibati idarəetmə” ixtisası üzrə tam ali təhsil dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2014-cü il 12 Mart tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyənin İstanbul Universiteti Sosial Elmlər İnstitutunda Maliyyə İxtisası üzrə Doktorantura təhsilini bitirərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 23 Fevral 2016-cı il tarixli qərarı ilə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır.

2010-cu ildə ABŞ-ın Troy Universitetində elmi tədqiqat məqsədi ilə çalışmışdır.

2013-cü ildə Tempus layihəsi ilə Almaniyanın Oldenburg Universitetində iqtisadçı kimi iştirak etmişdir.

2015-ci ildə Erasmus Mundus proqramının təhsil (Alrakis) və tədqiqat (Humeria) lahiyələri ilə Çexiyanın Masaryk Universitetində fəaliyyət göstərmişdir.

Əmək fəaliyyətinə 2009-cu ildən Qafqaz Universiteti Maliyyə və kredit bölməsində baş laborant vəzifəsində başlamışdır. 2013-cü ilin sentyabr ayından müəllim vəzifəsində çalışmış, 2015-ci ilin sentyabr ayından 2017-ci ilin yanvar ayına qədər Qafqaz Universiteti İqtisadiyyat və idarəetmə fakultəsi Maliyyə Kafedrasında baş müəllim vəzifəsində işləmişdir.

2017-ci ilin yanvar–avqust aylarında Fulbright proqramı ilə ABŞ-ın ən böyük universiteti olan Mərkəzi Florida Universitetində doktorantura sonrası elmi-tədqiqat aparmışdır.

2018-ci tədris ilindən 2019-cu ilin aprel ayına qədər Bakı Mühəndislik Universiteti Maliyyə kafedrasının müdiri vəzifəsində işləmişdir.

2019-cu ilin aprel ayından Dövlət Gömrük Komitəsinin Akademiyasında “İxtisas fənləri” kafedrasının müdiri vəzifəsini icra edir.

Resenziyalı jurnallarda çap olunmuş 20-dən çox elmi məqalə və beynəlxalq konfrans tezisinin müəllifidir.

Ailəlidir, iki övladı var.