Beynəlxalq əməkdaşlıq

Dövlət Gömrük Komitəsinin Akademiyası peşəkar kadrların hazırlanması sahəsində ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, eləcə də, Münster Universiteti və Şanxay Gömrük Kolleci kimi nüfuzlu xarici təhsil ocaqları ilə əməkdaşlıq sahəsində razılaşmalar imzalayıb, bu ali təhsil ocaqlarının mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı sahəsində təcrübəsindən yararlanmaq üçün  fəaliyyət istiqamətlərini müəyyənləşdirır.

 

Ümumdünya Gömrük Təşkilatı –ÜGT (World Customs Organisaton - WCO)
Dövlət Gömrük Komitəsinin Akademiyası Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə əməkdaşlıq edir.

 

Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (The International Network of Customs Universities - INCU)
Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (INCU) təhsil proqramlarının inkişafı və təbliği vasitəsilə gömrük peşəsinin akademik profilini yüksəltməyi, akademik və tətbiqi tədqiqatları təmin edən 200-dən çox üzv və filialın təmsil olunduğu beynəlxalq qeyri-kommersiya təşkilatıdır. DGKA ilə İNCU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilir, hər il Akademiyanın İNCU-ya üzvlüyü yenilənir. Yerli və əcnəbi tələbələr, müəllimlər və gömrük mütəxəssislərinin iştirakı ilə birgə beynəlxalq tələbə konfransları, seminarlar, mühazirələr, qış məktəbləri və bir sıra tədbirlər keçirilir.

 

PİCARD
2006-cı il tarixdən etibarən hər il keçirilən ÜGT-nin akademik sahədə araşdırma (PİCARD) konfransları gömrük idarələri və universitetlər arasında məlumat mübadiləsinin aparılması üçün bir platforma olaraq gömrük və özəl sektor arasında beynəlxalq ticarətlə əlaqəli mövzuların tətbiqini həyata keçirir.

 

ERASMUS +
Akademiya tələbələri Avropa Komissiyasının Erasmus+ proqramı üzrə keçirilən konfransların proqramı çərçivəsində bir sıra Avropa ölkələrində  Erasmus+un təşviqi, könüllülük, Avropanı anlama, layihə dizaynı, qeyri formal təhsil, fəal vətəndaşlıq (bu əsasən gənclərin sosial fəallığını nəzərdə tutur) və digər mövzular üzrə mühazirələri dinləyir, müxtəlif qrup işi və layihələrin təqdimatında iştirak edirlər.


Akademiyanın professor-müəllim heyəti, əməkdaşları və tələbələri mütəmadi olaraq beynəlxalq tədbirlərdə Akademiyanı və ölkəmizi təmsil edirlər. Eyni zamanda, ölkəmizdə keçirilən bir sıra beynəlxalq forum və tədbirlərdə iştirak edən nüfuzlu şəxslər, ictimai xadimlər, elm adamları Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olurlar.