Elmi fəalıyyət

Dünya elm məkanına inteqrasiya olunma yolunda əmin addımlarla irəliləyən DGKA-da bu sahə ilə bağlı fəaliyyətlər genişlənməkdədir. Akademiyanın təşkilatçılığı və iştirakı ilə beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslar və müxtəlif səpkili elmi tədbirlər keçirilir. Bu konfranslarda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan və Ukrayna kimi ölkələrin də ali təhsil müəssisələrinin əməkdaşları iştirak edirlər.
Vaxtaşırı Akademiyada tələbələr və dinləyicilər üçün  tanınmış yerli və əcnəbi alimlərin seminarları təşkil olunur. Akademiyanın professor-müəllim heyətinin və tələbələrinin elmi yaradıcılığının inkişaf etdirilməsi daim diqqətdə saxlanılır, ölkəmizdə, eləcə də xaricdə keçirilən elmi konfrans və tədbirlərdə onların iştirakı təmin edilir. Müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində tətbiqi təşviq olunur.