Tədris prosesi

Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris prosesi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələbləri əsasında həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş təhsil sisteminin inkişafı ilə bağlı bütün qərarlar Akademiyada tədris prosesinin inkişaf etdirilməsi və modernləşdirilməsi naminə müvəffəqiyyətlə tətbiq edilir. Müasir texnika və texnologiyalarla təchiz edilmiş auditoriyalar, peşəkar professor-müəllim heyəti, informasiya-kommunikasiya texnologiyalarının tədrisdə və idarəetmədə geniş tədbiqi, biliklərin qiymətləndirilməsində şəffaflıq və obyektivlik Akademiyada tələbələrin keyfiyyətli təhsil almasına xidmət edir.
 

Keyfiyyətin təminatı

  • Akademiyada tədris yüksək keyfiyyətlə və beynəlxalq standartlara uyğun təşkil edilir;
  • Fənn proqramlarının tərtibatı, müəllimlərin seçimi, tədrisin təşkili maksimum dərəcədə yüksək səviyyədə aparılır;
  • Akademiyada tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi olaraq müşahidələr aparılır, bu istiqamətdə beynəlxalq əməkdaşlıq gücləndirilir.