Akademik proqramlar

Akademiyada “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavr hazırlığı proqramları, gömrük orqanlarına işə qəbul olunmuş əməkdaşlar üçün xidmətə hazırlıq proqramları, gömrük xidməti əməkdaşlarının attestasiyaya hazırlıq proqramları həyata keçirilir.
 

Müəllimlərimiz
Akademiyada müasir təlim texnologiyalarına yiyələnmiş, Avropa. Türkiyə və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarının məzunları olmuş, yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti çalışır. Akademiyanın müəllimləri təkcə 2017-ci ildə ölkədə və xaricdə təşkil olunmuş 22 müxtəlif miqyaslı beynəlxalq konfrans və seminarlarda iştirak ediblər. Bir sıra ölkədaxili və xarici elmi jurnallarda elmi-tədqiqat işlərinin nəticələri və dərs vəsaitləri çap edilib.