Rəis müavini

Abışov Şəmsəddin Qoçabəy oğlu
Gömrük xidməti polkovniki

14 sentyabr 1963-cü ildə Yardımlı rayonu Köryədi kəndində müəllim ailəsində anadan olmuşdur.
1971-1981-ci illərdə Yardımlı rayon qəsəbə 2 saylı orta məktəbində oxumuşdur.
1982-ci ildə Vladiqafqaz (Orconikidze) Ali Hərbi Komandirləri Məktəbinə daxil olmuşdur. 1986-cı ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir.
1986-1991-ci illərdə keçmiş Sovet Ordusunda zabit kimi tağım, bölük komandirləri vəzifəsində xidmət etmişdir.
1991-1992-ci illərdə Hərbi Komissarlıqda müavin vəzifəsində xidmət etmişdir.
1992-ci ildə öz xahişi ilə Hərbi Komissarlıqdan çıxmış və Dağlıq Qarabağ bölgəsində döyüşən orduda zabit kimi xidmət etmişdir.
1991-1994-cü illərdə Beyləqan, Füzuli, Ağcabədi, Xocavənd istiqamətlərində qızğın döyüşlərdə iştirak etmişdir və bir çox ərazilərin, vacib yüksəkliklərin düşmən qüvvələrindən azad edilməsində bir komandir kimi fəaliyyət göstərmişdir. 2002-2003-cü illərdə Qazax bölgəsində Birləşmə Komandiri vəzifəsində xidmət edərkən, Qızıl-Hacılı, Məzəm, Quşçu-Ayrım, Boganüs-Ayrum, Fərəhli kəndləri istiqamətində neytralda və düşmən nəzarətində olan bir çox mühüm əhəmiyyətli əraziləri ələ keçirərək, həmin kəndlərin    təhlükəsizliyini təmin etmişdir.
2003-2013-cü illərdə yenə də Beyləqan – Füzuli istiqamətində Birliyin Qərargah rəisi vəzifəsində döyüş bölgələrində xidmət etmişdir.
2013-2016-cı illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəz rəisi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir.
2018-ci ilin sentyabr ayından hal-hazıra qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında rəis müavini  vəzifəsində xidmət edir.
1997-1998-ci illərdə Azərbaycan Ali Hərbi Akademiyasını bitirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Hərbi xidmətlərinə görə” medalları ilə və ev hədiyyəsi ilə təltif olunmuşdur.
Müdafiə Nazirliyi tərəfindən bir çox fəxri-fərmanlar almışdır.
Silahlı Qüvvələr veteranıdır.
Müharibə veteranıdır.
Ailəlidir, dörd övladı var.