Bizlə əlaqə (994 12) 404 22 00

VALİDEYNLƏR ÜÇÜN MARAQLI MƏLUMATLAR

Dövlət Gömrük Komitəsinin Akademiyası sizləri düşünərək bir sıra yeniliklər təqdim edir. “Tədris prosesinin elektron idarə edilməsi” sistemi sizin istək və tələblərinizə uyğundur. Yaradılmış innovativ proqram təminatından tələbə və akademiya heyəti ilə yanaşı, sizlər də istifadə edə biləcəksiniz.
 

Öz multi-funksionallığı ilə seçilən proqram təminatı sayəsində:

  • övladlarınızın dərsdə, yataqxanada və ya Akademiyadan kənarda olmasını bilmək imkanınız olacaq.

  • övladlarınızın dərsə davamiyyəti haqqında məlumat alacaqsınız.

  • onların seminar, kollekvium və imtahan qiymətləri ilə tanış olacaqsınız.