Bizlə əlaqə (994 12) 404 22 00

NİYƏ BİZ ?

 

  • Tanınmış və yüksək səviyəli professor-müəllim heyətinə, müasir şəraitə və modern tədris sisteminə malik olan Akademiyada təhsil alacaqsınız.

  • Kadr hazırlığı yüksək bacarıqla və təhsil vərdişləri ilə həyata keçirilir.

  • Tədris şəraiti müasir, interaktiv vəsait və proqramların istifadəsinə əsaslanır.

  • Siz yalnız Gömrük Xidməti üçün deyil, eləcə də ixtisasınıza uyğun olaraq iqtisadiyyat, hüquq, idarəetmə yönümlü sferalarda çalışa biləcəksiniz.

  • Ölkəmizdə multi-funksionallıq baxımından ilk dəfə olaraq Dövlət Gömrük Akademiyasında tədrisin avtomatlaşdırılması və təhsil prosesinin Boloniya sisteminə uyğun elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. 40-a qədər moduldan ibarət olan proqram təminatı vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının hazırlanması, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların təşkili, tələbələr arasında sorğuların aparılması, Akademiyadaxili yazışmalar və forumlar, habelə kitabxana işi və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.

  • “Tədris prosesinin elektron idarə edilməsi” sistemi həm sizin, həm valideynlərinizin həm də Akademiya heyətinin istək və tələblərinə uyğundur.

  • Real iş prosesində maraqlı və faydalı təcrübə proqramları təşkil olunacaq.

  • Qısa müddətdə fənlərin ingiliscə tədrisi nəzərdə tutulub ki, bu da sizin beynəlxalq sferada öz mövqeyinizi tutmaqda əhəmiyyətli rol oynayacaq.

  • Tədris prosesində maraqlı, tanınmış və peşəkar insanlarla tanış olacaqsınız.

  • Siz də her şeyden öncə zamanın, güvənin və səmimiyyətin, biliyin, təcrübənin çox dəyərli olduğunu düşünürsünüzsə, demək ki doğru yerdəsiniz.