Bizlə əlaqə (994 12) 404 22 00

İqtisadiyyat

İqtisadiyyat ixtisasının məqsədi

Sürətlə dəyişən və inkişaf edən dünyada informasiya gerçəkliyini göz önündə tutaraq iqtisadi göstəriciləri analiz edə biləcək, düzgün proqnozlaşdıraraq doğru qərarlar verə biləcək, iqtisadi hadisələrə uyğun iqtisadi siyasət həyata keçirə biləcək, araşdırma bacarığına sahib olacaq, xülasə, müasir çağın tələblərinə cavab verə biləcək ölçüdə bilik və vərdişlərə sahib olacaq iqtisadçılar yetişdirməkdir..

İqtisadiyyat ixtisası üzrə hansı fənlər tədris olunur?

İxtisas üzrə Makro və Mikro iqtisadiyyat, Dünya iqtisadiyyatı, Sosial sahələrin iqtisadiyyatı və s kimi iqtisadi predmetə malik fənlərlə yanaşı, cəbr, statistika, maliyyə, hüquq və s kimi iqtisadiyyat ilə əlaqəsi olan digər fənlər də tədris olunur.

İqtisadiyyat ixtisası üzrə təhsilə malik olan şəxslər hansı sahələrdə fəaliyyət göstərə bilərlər?

İqtisadiyyat ixtisası, bank, maliyyə, biznes, sahibkarlıq, statistika, siğorta, birja, gömrük və s sahələrdə sizə təməl iqtisadi bilikləri verir. Siz, sözügedən sahələrlə bağlı özəl və dövlət sektorlarında mövqe tuta bilərsiniz. Tədris olunan fənlərin tam siyahısını FƏNLƏR KATALOQUndan əldə edə bilərsiniz.

Siz bu ixtisas üzrə təhsilinizi başa vurduqdan sonra nə qazanacaqsınız?

Bu ixtisas sizi nəzəri biliklərlə təmin etməklə yanaşı, sizə praktiki və peşə vərdişləri aşılayacaq. Sizə işlədiyiniz firmanın və ya firmanızın rəqabət qabiliyyətliliyini artırmaq, bu minvalla da yüksək gəlir əldə etməyin yollarını öyrədəcək. Analiz qabiliyyətinizi inkişaf etdirəcək, menecmenti necə həyata keçirməli olduğunuzu, lazımi vaxtda düzgün qərarlar verə bilməyi öyrədəcək.

İxtisasın kreditləri və təhsil haqqı barədə qısa məlumat

İqtisadiyyat ixtisası üzrə diploma sahib olmaq üçün tələbələr hümanitar, peşə hazırlığı, iqtisadiyyatın tənzimlənməsi ( və ya gömrük işi ) sahələri üzrə 210 kredit dərs almalıdırlar. Tələbələr həmçinin istehsalat təcrübəsi keçirlər ki, bu da 21 kredit təşkil edir.

İqtisadiyyat ixtisası üzrə tələbə qəbulu məqsədilə müsabiqə TQDK tərəfindən həyata keçirilir. Qəbul Azərbaycan bölməsi üzrə, dövlət sifarişi və ödənişli əsaslarla aparılır. Təhsil haqqının məbləği 2500 manat təşkil edir.

 

Hüquqşünaslıq

 

Hüquqşünaslıq ixtisasının məqsədi

 

Müasir çağımızdakı elmin, texnika və texnolojiyanın sürətli inkişafı və iqtisadi gəlişmələr yeni hüquqi problemləri də bərabərində gətirməkdədir. Bu problemlərin aradan qaldırılması isə ilk növbədə bacarıqlı hüquqşünasların sayəsində mümkündür. Ədalət sisteminin bir ölkənin təməl quruluşu ilə sıx bağlantısı da hüquqşünaslıq ixtisasının daha keyfiyyətli tədrisini qaçılmaz edir. Bu ehtiyacı nəzərə alan Akademiyamız qarşısında güncəl problemlərin həlli ilə peşəkar şəkildə məşğul ola biləcək kadrlar yetişdirmək üçün kombinə edilmiş tədrisi hədəf olaraq müəyyən etmişdir.

 

Hüquqşünaslıq ixtisası üzrə hansı fənlər tədris olunur?

İxtisas üzrə Hüquq nəzəriyyəsi, ayrı-ayrı sahələrin hüququ və hüquqi predmətə malik olan fənlərlə yanaşı, bank hüququ, Gömrük nəzarəti və rəsmiləşdirilməsi, Gömrük-tarif tənzimlənməsi, Əməliyyat-axtarış fəaliyyətinin əsasları və s kimi fənlər də tədris olunur. Tədris olunan fənlərin tam siyahısını FƏNLƏR KATALOQUndan əldə edə bilərsiniz.


 

Hüquqşünaslıq ixtisası üzrə təhsilə malik olan şəxslər hansı sahələrdə fəaliyyət göstərə bilərlər?

Hüquqşünaslıq ixtisasının açmadığı qapı yoxdur. Siz, sözügedən sahələrlə bağlı özəl və dövlət sektorlarında mövqe tuta bilərsiniz.

Siz bu ixtisas üzrə təhsilinizi başa vurduqdan sonra nə qazanacaqsınız?

Bu ixtisas sizi nəzəri biliklərlə təmin etməklə yanaşı, sizə praktiki və peşə vərdişləri aşılayacaq. Sizə yüksək ixtisaslı bir hüquq müdafiəçisi, vəkil, dövlət ittihamçısı, hakim və s olmağın yollarını öyrədəcək, sizi işlədiyiniz firmanın hüquqi məsələlərini həll etmək üçün nəzəri və praktiki biliklərlə təmin edəcək.

İxtisasın kreditləri və təhsil haqqı barədə qısa məlumat

Hüquqşünaslıq ixtisası üzrə diploma sahib olmaq üçün tələbələr hümanitar, peşə hazırlığı, hüquq ( və ya gömrük işi ) sahələri üzrə 210 kredit dərs almalıdırlar. Tələbələr həmçinin istehsalat təcrübəsi keçirlər ki, bu da 21 kredit təşkil edir.

Hüquqşünaslıq ixtisası üzrə tələbə qəbulu məqsədilə müsabiqə TQDK tərəfindən həyata keçirilir. Qəbul Azərbaycan bölməsi üzrə, dövlət sifarişi və ödənişli əsaslarla aparılır. Təhsil haqqının məbləği 2500 manat təşkil edir.