Bizlə əlaqə (994 12) 404 22 00

Gömrük İşinin Təşkili fakultəsi

Gömrük İşinin Təşkili fakultəsi


 


 


 


 


 


 


 

  1. Fakultə haqqında

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının "Gömrük işi" fakültəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/048 №li sərəncamı ilə aşağıdakı normativ sənədlərə uyğun olaraq yaradılmışdır.


 

  • "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"

  • "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"

  • "Ali təhsil müəssisəsinin fakültəsi haqqında Əsasnamə"


 

Fakültə Dövlət Gömrük Akademiyasının tədris elm və inzibati bölməsidir. Fakultənin eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr, aspirant, doktor hazırlanması, müvafiq sahə üzrə rəhbər işçilər və ixtisaslı sıravi mütəxəssislərin (kadrların) ixtisasının artırılması (və yenidən hazırlanması) işini həyata keşirməsi, eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik etməsi nəzərdə tutulur..

Hal-hazırda isə fakultədə yalnız bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır

  • "050404-İqtisadiyyat"

  • "050212-Hüquqşünas"

Gömrük işi fakültəsində 2 kafedra fəaliyyət göstərir:

  1. "İqtisadiyyat və təbiət fənləri" kafedrası

  2. "Hüquq və humanitar fənləri" kafedrası


 

    1. Dekanatlıq


 

Gömrük işinin təşkili fakultəsinə rəhbərlik və digər məsələlərin həll edilməsi məqsədilə dekan, dekan müavini və metodistdən ibarət heyət fəaliyyət göstərir.

Fakultə dekanının səlahiyyətləri aşağıdakılardır:

- Dekan fakültədə tədris prosesinə, tərbiyə işinə və elmi-tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;

- təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartları tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir;

- tələbələrin elmi, pedaqoji və istehsal praktikalarının həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;

- fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir;

- tələbələrin müstəqil işlərinə nəzarət edir və onların elmi fəaliyyətləri üçün şərait yaranmasını təmin edir;

- tələbələrin imtahan və yoxlamalarının (məqbulların) keçirilməsinə nəzarəti təşkil edir, akademik borcları ləğv etmək üçün onlara göndəriş verir və bütün imtahan-məqbul prosesinin normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıyır;

- tələbələri semestrdən-semestrə və kursdan-kursa keçirmək, eləcə də tələbələr sırasından xaric etmək və təkrar kursda saxlamaq üçün rektora təqdimatlar verir;

- tələbələrin buraxılış-yekun dövlət imtahanlarında, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir;

fakültədə təhsil alan tələbələrə mövcud qaydaya uyğun şəkildə təqaüdü təqdim edir;

fakültədə çalışan professor-müəllim heyətinin ixtisas artırması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir;

- fakültədə təhsil alan aspirant və doktorların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, onların attestasiyalarını keçirir;

- fakültənini profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodiki göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;

- kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;

ümumfakültə elmi-metodiki və elmi seminarların təşkil olunmasını təmin edir;

fakültədə hazırlanan ixtisaslar üzrə peşə yönümü işinin aparılmasına təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyər daşıyır;

- ali təhsilin hər iki pilləsi, eləcə də aspirantura və doktorantura üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, onlar üzrə illik və perspektiv qəbul planları üzrə ali məktəbin rəhbərinə təkliflər təqdim edir;

fakültə elmi şurasına rəhbərlik edir;

ali məktəbdə fakültənin həyatı ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;

dekan müavinləri təyin etmək üçün təqdimat verir;

fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu və

işdən azad olunması, eləcə də rəğbətləndirilməsi və cəzalandırılması üçün ali məktəb rəhbərlərinə təqdimat verir;

ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir;


 

    1. İqtisadiyyat və təbiət fənləri kafedrası


 

  1. Kafedra fənləri

Kafedra tərəfindən aşağıdakı fənlər tədris olunur:

  1. İqtisada giriş

  2. İKT/İnformatika

  3. Mikroiqtisadiyyat

  4. Makroiqtisadiyyat

  5. Xətti cəbr və riyazi analiz

  6. Ehtimal nəzəriyyəsi və riyazi statistika

  7. Ekonometrika

  8. Dünya iqtisadiyyatı

  9. Statistika

  10. Mühasibat uşotu

  11. Audit

  12. Maliyyə

  13. Bank işi

  14. Vergilər və vergitutma

  15. Menecment

  16. Marketinq

  17. İnsan resurslarının idarə edilməsi

  18. İqtisadi informatika

  19. Ətraf mühitin iqtisadiyyatı

  20. Sosial sahələrin iqtisadiyyatı

  21. Azərbaycan iqtisadiyyatı

  22. Aqrar iqtisadiyyat

  23. Qiymət və qiymətləndirmə

  24. İqtisadiyyatın tənzimlənməsi

  25. Firmanın iqtisadiyyatı

  26. İqtisadi fikir tarixi

  27. İqtisadi coğrafiya

  28. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi

  29. Gömrük prosedurları və bəyanetmə

  30. Gömrük-tarif tənzimlənməsi

  31. Valyuta tənzimlənməsi

  32. Gömrük ekspertizası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası

  33. Gömrük statistikası və informasiya texnologiyaları

  34. Gömrük nəzarəti prosesində qeyri-tarif və digər tənzimləyici tədbirlər

  35. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi

  36. Strateji planlaşdırma və proqramlaşdırma

  37. Makroiqtisadi təhlilin əsasları

  38. Dövlətin iqtisadi siyasəti

  39. Milli iqtisadi təhlükəsizliyin əsasları

  40. Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi

  41. Milli iqtisadiyyatın inkişaf modelləri

  42. İnstitusional iqtisadiyyat


 

    1. Professor-müəllim heyəti


 

  1. Kafedra müdiri- Eyyubov Kamran Yusif oğlu


 

    1. İsmayılov Çingiz Niyazi oğlu

    2. Mirişov Kamil Tahir oğlu

    3. Əhmədov Natiq Qarakişi oğlu

    4. Əkbərov Vüsal Firidun oğlu


 

    1. Əlaqə

Ünvan: Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının binası, 1-ci mərtəbə, otaq №106

Tel:

e-mail:

    1. Hüquq və humanitar fənlər kafedrası

      1. Kafedra fənləri

Kafedra tərəfindən aşağıdakı fənlər tədris olunur:

  1. Azərbaycan tarixi

  2. Azərbaycan dili və nitq çədəniyyəti

  3. Xarici dil

  4. Fəlsəfə

  5. Politologiya

  6. Məntiq

  7. Latın dili

  8. Psixologiya

  9. Hüquq nəzəriyyəsi

  10. Konstitusiya hüququ

  11. Avropa ittifaqı hüququ

  12. İnsan hüquqları

  13. Ailə hüququ

  14. Hüquq mühafizə orqanları

  15. Mülki hüquq

  16. Cinayət hüququ

  17. Azərbaycanın və xarici ölkələrin hüquq tarixi

  18. Mülki hüquq

  19. Cinayət hüququ

  20. Ekologiya hüququ

  21. Əmək hüququ

  22. İnzibati hüquq

  23. Cinayət prosesi

  24. Beynəlxalq hüquq

  25. Kommersiya hüququ

  26. Beynəlxalq xüsusi hüquq

  27. Maliyyə hüququ

  28. Sosial təminat hüququ

  29. Kriminalistika

  30. Mülki Prosessual hüquq

  31. Cəza icra hüququ

  32. Məhkəmə ekspertizası

  33. Mülki müdafiə

  34. Gömrük işi sahəsində cinayətlərin araşdırılması və tövsifi

  35. Gömrük qaydaları əleyhinə inzibati xətalar və icraatı

  36. Gömrük xətaları üzrə inzibati məsuliyyət

  37. Əməliyyat-axtarış fəaliyyətinin əsasları

  38. Risklərin idarə edilməsi

  39. Bank hüququ

  40. Nəqliyyat hüququ

  41. Hüquq psixologiyası

  42. Müqavilə hüququ

  43. Vergi hüququ

  44. Mülkiyyət hüququ

  45. Vəkilliyin əsasları

  46. Enerji hüququ

  47. Məhkəmə psixiatriyası

    1. Professor-müəllim heyəti

      1. Kafedra müdiri- Əhmədov Fərid Turab oğlu

      2. İbadov Rəşad Nadir oğlu

      3. Əliyev Rəşid Ramiz oğlu

      4. Bayramlı Baba Nəzir oğlu

      5. Novruzova Nuridə Səməd qızı

      6. Hacıyeva Gülnaz Səfər qızı

      7. Xəlilova Aysel Zahid qızı

    2. Əlaqə

Ünvan: Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının binası, 1-ci mərtəbə, otaq №107

Tel:

e-mail:

    1. Əlaqə

Ünvan: Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının binası, 1-ci mərtəbə, otaq №108

Tel:

e-mail: