Baş müəllim

Hüseynov Şahin İslam oğlu
 

Təhsili

1968-cı ildə Gəncə şəhərində orta məktəbi bitirib.

1968-1973-cü il Bakı Dövlət Universiteti, Kimya  fakültəsi

1984-1986-cı il SSRİ DİN-in İdarəçilik Akademiyası “Hüquqşünas və Hüquq-mühafizə fəaliyyətinin təşkil olunması ” ixtisası
 

İş-təcrübəsi

1973-1975-ci illərdə  Kürdəmir rayonu, Sovla kənd məktəbində  müəllim

1975-ci il Rusiya Fedarasiyasının Ryazan Vilayətinin, Uxolovo rayonunun “Strommaşina” zavodunda  mühəndis, böyük mühəndis

1976-cı il Tula Vilayətinin, Novomoskovsk şəhər Daxili işlər İdarəsində milis nəfəri, 6 aydan sonra isə cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili

1977-1984-cü il cinayətkarlığa qarşı mübarizə ilə bağlı xidməti fəaliyyətdə əldə etdiyi nailiyyətlər nəzərə alınaraq həmin şöbədə baş əməliyyat-müvəkkili, cinayət-axtarış şöbə rəisinin müavini və rəisi

1986-cı ildə  Tula şəhərinin Proletar rayonunun  Daxili İşlər İdarəsi rəisinin  əməliyyat işləri üzrə rəis müavini, rəis əvəzi

1988–ci ildə Azərbaycan Respublikası DİN-in Xüsusi Orta Milis Məktəbinin “Xüsusi Fənlər Silsiləsinin” rəisi

1992-ci ildən Polis  Akademiyasının “Əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi

2011-ci ildə DGK-nin Tədris Mərkəzində  xidmətə yeni qəbul  edilən əməkdaşlara “Gömrük hüququ”, ixtisasartırma kursların dinləyicilərinə isə “Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti” fənləri üzrə müəllim
 

Elmi fəaliyyəti

Daxili işlər orqanlarının tədris müəssisələrində xidmət etdiyi müddətə özü tərəfindən  və digər– müəllim –professor heyəti ilə müştərək yazılan 50-dən çox dərslik və tədris-metodiki vəsaitlərin müəllifidir.

Cinayətkarlığa qarşı mübarizənin, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin müxtəlif problemləri  və onların həllinə dair elmi-nəzəri və praktiki yönümlü  49  məqalə hazirlanmış və AAK-nin siyahısına daxil olan jurnallarda  ölkəmizdə və Rusiya Federasiyasında nəşr edilmişdir.

ABŞ, Türkiyə, RF-də keçirilən hüquq-mühafizə fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilmiş elmi-praktiki konfrans, seminar və treninqlərdə  iştirak etmişdir.

2016-2018-ci illərdə “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin elmi- nəzəri, hüquqi, təcrübi məsələləri və problemlərinin həlli yolları” adlı dərs vəsaiti  və “Əməliyyat-axtarış fəaliyyətinin əsasları” (elmi-nəzəri, hüquqi əsasları və təcrübi aspektləri) adlı açıq qrifli dərsik hazırlanmış praktiki fəaliyyətdə və tədris prosesində istifadə edilir.
 

Təltifləri

I, II və III dərəcəli medallarla, milis əlaçısı döş nişanı ilə təltif edilmişdir.

Peşə hazırlığına səviyyəsinə görə ona  DİN-in əmri ilə “usta” dərəcəsi verilmişdir, ehtiyatda olan polis polkovnikidir.