Kafedra müdiri

Allahverdiyev Ramiz Nəsib oğlu

Təhsili
1966-1976-ci  illərdə Qazax rayonu, Daş Salahlı kəndi 2 nömrəli orta məktəbdə oxumuşdur.
1977-1982 - Azərbaycan Neft və Kimya institutu, İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-riyaziyyatçı ixtisasını bitirmişdir.
 
İş-təcrübəsi
1982-1985     “Nord” Elmi istehsalat birliyi, mühəndis
01.85-11.85   “Məişət Xidməti” nazirliyi, böyük mühəndis, qrup rəhbəri
11.85-10.87    Azərbaycan Neft və Kimya institutu, “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində azad Komsomol təşkilat katibi
1987-1998      Azərbaycan Neft və Kimya institutu, “Avtomatika, telemexanika və elektronika” kafedrasında EHM rəisi
1998-2011      Azərbaycan Dövlət Neft Akademiyası, “İnformasiya, hesablama və nəşr” mərkəzinin rəisi
2011-2015      Azərbaycan Dövlət Neft Akademiyası, İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı, dosent
2015-2018     Azərbaycan Dövlət Neft Akademiyası, “Avtomatika, telemexanika və elektronika” kafedrasında dosent, “Kompüter mühəndisliyi” kafedrasının müdiri.

Elmi dərəcələri
1990 –cı ildə Azərbaycan Neft və Kimya institutunun dissertantı.
1998   Texnika elmləri namizədi
2011   Dosent

Elmi fəaliyyətdə maraq dairəsi
İdarəetmə sistemləri, hesablama texnikasının element və qurğuları. 40-a yaxın elmi əsərin müəllifidir.

Təltifləri
“Tərəqqi” medalı (2010)
AR Təhsil Nazirliyinin fəxri fərmanı  (2000)