Hazırlıq kursları

Gömrük orqanlarına xidmətə qəbul

Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş, həqiqi hərbi xidmət keçmiş və müvafiq ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Hazırlıq kursları maksimum 5 ay müddətində keçirilir və dərslər dinləyicilərin arzusu ilə gün ərzində müxtəlif saatlarda tədris edilir. Hazırlıq kurslarında gömrük məcəlləsi, Azərbaycan Respublikası gömrük qanunvericiliyi, İngilis, Rus dilləri və İnformatika dərsləri tədris edilir. Tədris zamanı istifadə olunan dərslik və ədəbiyyat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən pulsuz təmin ediləcək.

Tədris müddəti ərzində 2 dəfə sınaq imtahanları keçiriləcəkdir və kurslar müvəffəqiyyətlə bitirən tələbələrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən sertifikat təqdim ediləcək.

Hazırlıq kurslarının qiymətləri aşağıdakı kimidir:

*Qeyd: Hazırlıq kurslarının ödənişi hissə-hissə həyata keçirilə bilər.