Bizlə əlaqə (994 12) 404 22 00

Tariximiz

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezideneti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında” 24 yanvar 2012-ci il, 1972  nömrəsli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzinin bazası əsasında təsis edilmişdir.

    8 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 939 nömrəli Fərmanı ilə Akademiyanın Nizamnaməsi qəbul edilmişdir.

     2014/2015-ci tədris ilində TQDK-ın ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul imtahanlarında iştirak edərək İqtisadiyyat və Hüquqşünaslıq ixtisasları üzrə ayrı-ayrılıqda 20, ümumilikdə 40 abituriyent Dövlət Gömrük Akademiyasının müdavimi adını almışdır və sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlamışdır.