Tədris və innovasiyalar üzrə rəis müavini

Hümbətov  Ramiz Topuş oğlu

Təhsili

1951-1961-ci  illərdə Cəbrayıda orta məktəbdə oxumuşdur.
1961-1967-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində “avtomatika və te-lemexanika” ixtisası üzrə təhsil almış və “mühəndis-elektrik” ixtisas dərəcəsinə yiyə-lənmişdir.
1968-1971-ci illərdə Moskva şəhərində Ümumittifaq  Elmi- tədqiqat “SUGEO” institutunun “Su təchizatı sistemlərinin avtomatlaşdırılması” laboratoriyasında əyani aspiranturada təhsil almışdır.
1975-1977-ci illərdə Marksizm-leninizm Universitetinin Bakı filialının “Təbliğatçı” fakültəsinin “beynəlxalq münasibətlər” şöbəsinin bitirmişdir.
1985-1987-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun nəzdindəki 2 illik ingilis dili kurslarını bitirmişdir.
1987-ci ildə Kiyev Politexnik İnstitutunda “Mikroprosessorlar və avtomatlaş-dırılmış layihələndirmə sistemləri” ixtisası üzrə ixtisasartırma fakültəsini bitirmişdir.
2009-cu ildə Estoniyanın paytaxtı Tallinn şəhərində e-Hökumət Akademiyasında keçirilmiş “e-Hökumətin inkişafı prosesində vətəndaş cəmiyyəti üzvləri və dövlət strukturları arasında əməkdaşlığın öyrənilməsi təcrübəsi” 10 günlük kursların dinləyicisi olmuşdur.
2013-cü ildə “Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi” beynəlxalq   seminarın dinləyicisi olmuşdur.
2015-ci ildə Total şirkətinin Parisdə təşkil etdiyi mühəndis təhsilinin perspektivlərinə həsr olunmuş  10 günlük seminarın iştirakçısı olmuşdur.
2018-ci ildə “Strategic Project Management İnternational” təşkilatının  “Müasir tədris metodları” mövzusunda keçirdiyi   seminarın iştirakçısı olmuşdur.
                                          
İş-təcrübəsi
1962-1963-cü illərdə “Azsutəsərrüfatlayihə” İnstitutunun Elektrotexnika şöbəsində hesablayıcı;
1966-cı ildə M.Kalinin adına Teleaparatura və Avtomatika Cihazları Zavodunun yığma sexində 1-ci dərəcəli montajçı ;
1967-ci ildə Sumqayıtda “Neftkimyaavtomat” Elmi-tədqiqat və Layihə İnstitu-tunun 3-cü laboratoriyasında 1-ci dərəcəli texnik;
1967-1968- Ümumittifaq Elmi-tədqiqat “SUGEO” İnstitutunun Bakı filialında “Nəzarət-ölçmə cihazları və avtomatika” laboratoriyasında kiçik elmi işçi;
1971-1984-cü illərdə Ümumittifaq  Elmi-tədqiqat “SUGEO” İnstitutunun Bakı filialında “Nəzarət-ölçmə cihazları və avtomatika” laboratoriyasında kiçik elmi işçi (1971-1974), böyük elmi işçi (1974-1979), “Elmi-tədqiqat işl\rinin əlaqələndirilməsi” şöbəsinin müdiri (1979-1984);
1984-2012-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Və Kimya İnstitunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Univtrsiteti- ADNSU) “Avtomatika, telemexa-nika və elektronika” kafedrasının dosenti (1984-1995), kafedra müdirinin elm üzrə müavini (1991-1995), professoru (1995-1996),  kafedra müdiri (1996-2012, 1997-2010-cu illərdə 0,5 ştatda);
1997-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indi ADNSU) elm və texnika işləri üzrə prorektoru;
2004-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan universitetlərinin iştirakı ilə bakalvriat və magistratura səviyyələrində  müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı məqsədilə həyata keçirdiyi 3 TEMPUS layihəsinin əlaqələndiricisi;
2012-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin  Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru.
                                         
Elmi dərəcələri
Texnika elmləri namizədi (1974), texnika elmləri doktoru (1995)

Elmi adları
Böyük elmi işçi (1977), dosent (1988), professor (2000)

Elmi fəaliyyəti
Kimya texnologiyasının prosesləri və aparatları, sənaye sularının təmizlənməsi texnoloji prosesləri və qurğuları, avtomatika, ölçmə texnikası, təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları, telekommunikasiya sistem-ləri və vasitələri.
140-a qədər elmi əsərin, o cümlədən 15 ixtiranın və 20-dən artıq dərs vəsaiti və monoqrafiyanın müəllifidir. 5 fəlsəfə doktoru,, 1 elmlər doktoru yetişdirmişdir.

Təltifləri
SSRİ Xalq Təsərrüfatının Nailiyyətlərı Sərgisinin Baş Komitəsinin  bürünc medalına (1973), Azərbaycan komsomolunun elm və texnika sahəsində mükafatının laureatı adına (1977), “SSRİ ixtiraçısı” medalına (1979), “İxtiraçılıq və səmərələşdirmə əlaçısı” nişanına (1980), “Tərəqqi” medalına (2000), “Əməkdar elm xadimi” (2015) fəxri adına (2015), 20-ə yaxın fəxri fərmanlara layiq görülmüşdür.
2000-ci ildə BMT Statuslu Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki seçilmişdir.

Dil bilikləri
Azərbaycan (ana dili), rus dili, ingilis dili, alman dili