Bizlə əlaqə (994 12) 404 22 00

Missiyamız

Dövlət Gömrük Akademiyasının missiyası

Qloballaşmanın geniş vüsət aldığı cəmiyyətdə, insan kapitalının əhəmiyyətli olduğu bir vaxtda ali təhsilin rolu daha da artmaqdadır. Ölkəyə və dünyaya yeni təhsil ocağı kimi öz töhvəsini verməkdə qətiyyətli olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası Dövlət Gömrük komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir.

Dövlət Gömrük Akademiyasının missiyası:

Ölkəmizin əsas dəyərləri və strateji hədəflərinə uyğun təhsil vermək, universal etibarlılığı olan bilikli və bacarıqlı fərdlər yetişdirmək; elmə töhfə verəcək, ölkədə və dünyada istifadə edilə bilən və cəmiyyətə faydalı olacaq layihələr təqdim etmək, gömrük xidmətini yüksək səviyyəli kadrlarla təmin etmək, əməkdaşlarının və cəmiyyətin sosial, mədəni, bədii və idman inkişafına töhfə verəcək tədbirlər keçirməkdir. Öhdəsinə götürdüyü təhsil alanları öz sahələrində çox yaxşı tərbiyə edilmiş, yüksək ixtisaslı, müasir, insanlıq dəyərlərinə sahib çıxan uğurlu insanlar olaraq dünyamıza qazandırmaqdır.

Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması;

  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

  • gömrük işi sahəsində elmi tədqiqatların aparılması.