Bizlə əlaqə (994 12) 404 22 00

Akademiyada məzun olacaq tələbələrin təhsil prosesinin nəticələri üzrə nail ola biləcəkləri KOMPETENSİYA (bakalavr pilləsi üzrə)

Liderlik

  • Peşəkar öhdəliklərə məsuliyyətli yanaşmaq
  • Peşəkar mühitdə təşəbbüskarlıq göstərmək
  • Peşəkar mühitdə davamiyyət və işgüzarlıq nümayiş etdirmək

Komanda mühitində çalışma

  • İş yoldaşları ilə səmimi və hörmətcil münasibətləri qura bilmək
  • Ədalət və dürüstlük prinsiplərini əsas tutmaq

Analitik və sistemli düşüncə

  • Tapşırıqlara və ümumi iş prossesinə sistemli yanaşmaq
  • Baş verən hadisələri təhlil etmək

Ümummədəni kompetensiyalar

Təhsil proqramının yekununda məzun özünün karyera perspektivlərini yüksəltməklə yanaşı, müasir cəmiyyətin, institutların və iqtisadi sistemlərin necə fəaliyyət göstərdiyini daha yaxşı anlayaraq, yaradıcı analiz qabiliyyətinə yiyələnməlidir.

Təhsil proqramını müvəffəqiyyətlə başa vurmuş məzunun aşağıdakı kompetensiyalara yiyələnməsi gözlənilir:

  • Dövlət dilində sərbəst danışmaq və yazı vərdişlərinə malik olmaq
  • Əsaslandırılmış fikir yürütmə bacarığı, sübutun dəyərini yoxlamaq və subyektivliyi anlamaq
  • Yeni mühitə qısa müddətdə öyrəşmək
  • Yeni insanlarla ünsiyyət qurmaq
  • Demokratik dəyərlərə, qeyri-zorakı prosedurlara, qanunun aliliyinə hörmət göstərmək
  • Problemli şəraitdə qısa müddətdə qərar vermək
  • Xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq
  • Komandada işləməyi bacarmaq
  • İnduksiya, deduksiya, analogiya və s. kimi məntiqi modelləri tanımaq və istifadə etməyi bacarmaq
  • Öz üzərində mütəmadi işləmək
  • Beynəlxalq arenada işləmək
  • Digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq
  • Kifayət qədər məntiqli olmaqla hadisələrin məntiqi ardıcıllığı haqqında biliklərə malik olmaq

Peşə kompetensiyaları

(İqtisadiyyat-050404)

Təhsil proqramının yekununda məzun öz karyerasını istehsalat, maliyyə, dövlət və beynəlxalq sektorlarda davam etdirməyə hazır olacaqdır.

Bununla bağlı, müvəffəqiyyətli məzunun aşağıdakı kompetensiyalara yiyələnməsi gözlənilir:

  • İqtisadi nəzəriyyəni və modelləşdirməni tətbiq etmək
  • İqtisadi mühitin təhlilini və dəyişikliklərin proqnozunu etmək
  • İqtisadi modelləşdirmənin müxtəlif formalarının tətbiq etmək
  • İqtisadiyyatın əsas sahələri haqqında analitik fikir formalaşmaq
  • Məlumatı əldə etmək və təhlil etmək
  • Gömrük qaydalarına riayət olunmasını təmin etməyi bacarmaq
  • Gömrük nəzarəti üzrə əməliyyatları həyata keçirmək, gömrük yığımlarının toplanmasını bacarmaq
  • Gömrük bəyannamələrinin tərtib edilməsi və yoxlanılmasını bacarmaq
  • Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını xarici iqtisadi fəaliyyətdə tətbiq etmək
  • Malların gömrük dəyərini müəyyən etmək
  • Gömrük ödənişlərinin, o cümlədən antidempinq, xüsusi və kompensasiya rüsumlarının hesablanması və ödənilməsi qaydalarını bilmək
  • Gömrük ödənişləri, avans ödənişləri və pul girovu uçotunun aparılmasını bacarmaq
  • Malların mənşə ölkəsini müəyyən etmək
  • Malların gömrük sərhədindən keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunan qadağa və məhdudiyyətlərə riayət edilməsini təmin etməyi bacarmaq
  • Əqli mülkiyyət hüquqlarını müdafiə etməyi bacarmaq
  • Qanunla müdafiə olunan sirləri qoruyub saxlamaq və müdafiə etməyi bacarmaq
  • İnformasiyanın alınması, saxlanması, emal edilməsi üsullarını mənimsəmək
  • Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin digər sahələrində təhdidlərin qiymətləndirməsini və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsini və qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirməyi bacarmaq
  • Gömrük nəzarətinin texniki vasitələrinin tətbiqinin bacarıqlarına yiyələnmək
  • Hesablama və İT biliklərinin müxtəlif məsələlərdə tətbiq etmək

(Hüquqşünaslıq-050212)

Təhsil proqramının yekununda məzun öz karyerasını istehsalat, maliyyə, dövlət və beynəlxalq sektorlarda davam etdirməyə hazır olacaqdır.

Bununla bağlı, müvəffəqiyyətli məzunun aşağıdakı kompetensiyalara yiyələnməsi gözlənilir:

  • Hüquq fənnləri haqqında geniş biliklərə malik olmaq
  • Dövlətin konstitusiya quruluşunun əsasları, insan və vətəndaşın hüquqi statusu, dövlətin siyasi ərazi təşkilinin əsasları, dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının təşkili və fəaliyyəti əsasları, habelə hüquq və qanunun qarşılıqlı əlaqəsi və qanunvericilik sisteminin əsasları ilə bağlı geniş biliklərə malik olmaq
  • Konstitusiya, Mülki, Cinayət, İnzibati, Əmək, Beynəlxalq, Ekologiya, Ailə və digər sahələrdə hüquqi münasibətləri tənzimləyən məsələlərdə bilikləri əldə etmək
  • Psixologiya, Fəlsəfə fənnlərinin tədrisi prosesində əldə etdikləri bilikləri peşə fəaliyyətində tətbiq edə bilmək
  • Gömrük qaydalarına riayət olunmasını təmin etməyi bacarmaq
  • Malların gömrük sərhədindən keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunan qadağa və məhdudiyyətlərə riayət edilməsini təmin etməyi bacarmaq
  • Gömrük işi sahəsində inzibati xətaları və cinayətləri aşkar etməyi, təsbit etməyi, qabaqlayıcı tədbir görməyi və qarşısını almağı bacarmaq
  • Peşə fəaliyyəti sahəsində sui-istifadənin qarşısını almağı bacarmaq
  • Gömrük işi sahəsində faktları və halları qiymətləndirmək, hüquqi cəhətdən əhəmiyyətli hərəkətləri yerinə yetirməyi bacarmaq
  • Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin digər sahələrində təhdidlərin qiymətləndirməsini və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsini və qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirməyi bacarmaq
  • Gömrük işi sahəsində inzibati xəta və cinayətlərin aşkar edilməsi zamanı prosessual sənədləri tərtib etmək və zəruri prosessual hərəkətləri yerinə yetirməyi bacarmaq
  • İnformasiyanın alınması, saxlanması, emal edilməsi üsullarını mənimsəmək
  • Gömrük işi sahəsində inzibati xəta və cinayətlərin aşkar edilməsi zamanı prosessual sənədləri tərtib etməyi, zəruri prosessual hərəkətləri yerinə yetirməyi bacarmaq
  • Gömrük işi sahəsində inzibati xətalarla və cinayətlərlə mübarizə aparmaq
  • Gömrük nəzarətinə texniki vasitələrini tətbiq etmək
  • Qanunla müdafiə olunan sirləri qoruyub saxlamağı və müdafiə etməyi bacarmaq
  • Məlumatın əldə olunub təhlil edilməsini bacarmaq
  • Müxtəlif kompüter proqramlarından istifadə etməyi bacarmaq
  • Hesablama və İT biliklərini müxtəlif məsələlərdə tətbiq etməyi bacarmaq

Tədrisin nəticəsi

(İqtisadiyyat-050404)

  • İqtisadi siyasət məsələlərini əhatəli şəkildə qavramaq və təhlil etmək
  • İqtisadi məsələlər barədə səlis və dərrakəli danışmaq
  • Müstəqil olaraq gömrük işi sahəsində qanunverici aktların öyrənilməsi və istifadəsini bacarmaq
  • Kompüter əsaslı qabiliyyətlərdən istifadə etməklə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini təhlil etmək
  • Özünün və sosioloqların tədqiqatlarını tənqidi şəkildə qiymətləndirmək
  • Microsoft office; SPSS; Power point, Stata və Acess kimi kompüter proqramlarından istifadə etmək

(Hüquqşünaslıq-050212)

  • Hüquq sahəsində dərin biliyə malik olmaq
  • Hüquqi məsələlər barədə səlis və dərrakəli danışmaq
  • Müstəqil olaraq gömrük işi sahəsində qanunverici aktların öyrənilməsi və istifadəsini bacarmaq
  • Kompüter əsaslı qabiliyyətlərdən istifadə etməklə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini təhlil etmək
  • Microsoft office; SPSS; Power point, Stata və Acess kimi kompüter proqramlarından istifadə etmək

Qiymətləndirmə

  • İmtahanlar
  • Ev testləri
  • Ev tapşırıqları
  • Sərbəst işlər
  • Ev tapşırıqlarına aid slaydlar
  • Ev tapşırıqlarına uyğun ssenariləşdirilmiş tamaşalar
  • Kurs işləri
  • Tematik tədqiqatlar
  • Jurnallar