DGKA - Photonews Site


Foto Xəbər

Gömrük Akademiyasının tələbəsi müsabiqədə qalib olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 2-ci kurs tələbəsi Fizzə İsmayılova yay tətili günlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun keçirdiyi onlayn müsabiqədə iştirak edib. Müsabiqə gənclərə yeni və qiymətli biliklər qazandırmaq məqsədi ilə təşkil olunub. Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak ediblər.

Ətraflı

Gömrük Akademiyası “Məzun günü” ilə bağlı onlayn kompozisiya təqdim edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının 2019/2020-ci tədris ili məzunlarının onlayn buraxılış mərasimi keçirilib. Akademiya rəisi Qulu Novruzov bu tədris ilində Akademiyanın 3-cu buraxılışı olduğunu, buraxılış mərasiminin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb.

Ətraflı