Bizlə əlaqə (994 12) 404 22 00

Foto Xəbər

Gömrük Akademiyasının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilib

Sentyabrın 15-də Dövlət Gömrük Komitəsi Akademiyasının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilib. Mərasimdən öncə Dövlət Gömrük Komitəsinin əməkdaşları, Akademiyanın tələbələri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər. Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ətraflı