DGKA | Xəbərlər


Xəbərlər

Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 17 fevral 2020-ci il tarixindən başlayaraq 14 həftə ərzində Dövlət Gömrük Komitəsinin struktur bölmələrində istehsalat təcrübəsi keçəcəklər. Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb.

Ətraflı

Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin və konteynerlərin gömrük möhürləri və plombları altında yüklərin daşınmasına buraxılması qaydalarına dair Metodika” əsasında 13-14 fevral tarixlərində gömrük xidməti əməkdaşları üçün yükdaşımaların təşkili işinin təkmilləşdirilməsi ilə bağlı təlim təşkil olunub.

Ətraflı