DGKA | Xəbərlər


Xəbərlər

Gömrük Akademiyasında onlayn imtahanlar davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş yeni qaydalara əsasən Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada şifahi şəkildə keçirilir.

Ətraflı

Gömrük Akademiyası 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayn kompozisiya təqdim edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri tərəfindən 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş onlayn video kompozisiya hazırlanıb. Onlayn kompozisiyada 15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizi parçalanmaqdan qoruması, müasir müstəqil Azərbaycanın memarı, Ulu öndər, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və onun tarixdəki silinməz yeri bir daha vurğulanıb.

Ətraflı