Tədbirlər

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra isə tələbələrin hazırladığı slaydlar vasitəsiylə dövlətimizin atributu olan bayraq barədə təqdimat olub. Akademiyanın İqtisadiyyat fakültəsinin tələbəsi Şirin Məmmədovun hazırladığı təqdimatda Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqları, onların yaranması barədə məlumat verilib. Slaydlar vasitəsiylə auditoriyaya əyani şəkildə göstərilən bayraqlar, onların üzərindəki simvollar barədə məlumat verən tələbə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ilk dövlət atributu olan, üzərində aypara və səkkizguşəli ulduzun həkk olunduğu bayraqdan bəhs edib.

Ətraflı