Bizlə əlaqə (994 12) 404 22 00

Tədbirlər

Azərbaycan Gömrük Komitəsinin Akademiyası tələbələrinin tanınmış yazıçı Ç. Abdullayevlə görüşü

15 dekabr 2014-cü il tarixində Azərbaycan Gömrük Komitəsinin Akademiyasında təhsil alan tələbə və müdavimlərin Azərbaycan Yazıçılar İttifaqının katibi, tanınmış dedektiv yazıçı və publisist Çingiz Abdullayevlə görüşü keçirildi. Görüşdə Akakademiyanın rəhbərliyi, nümayəndələri, tələbələri və müdavimləri, professor-müəllim heyəti, Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları iştirak edirdi. Ç.Abdullayevi görüş iştirakçılarına təqdim edən dosent N.S.Novruzova onun yaradıcılığı haqqında qısa məlumat verdi.

Ətraflı

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra isə tələbələrin hazırladığı slaydlar vasitəsiylə dövlətimizin atributu olan bayraq barədə təqdimat olub. Akademiyanın İqtisadiyyat fakültəsinin tələbəsi Şirin Məmmədovun hazırladığı təqdimatda Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqları, onların yaranması barədə məlumat verilib. Slaydlar vasitəsiylə auditoriyaya əyani şəkildə göstərilən bayraqlar, onların üzərindəki simvollar barədə məlumat verən tələbə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ilk dövlət atributu olan, üzərində aypara və səkkizguşəli ulduzun həkk olunduğu bayraqdan bəhs edib.

Ətraflı