Bizlə əlaqə (994 12) 404 22 00

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

2014-09-13

     Sizi Gömrük Akademiyasının ilk müdavimi olaraq Akademiyaya qəbul olmanız münasibətilə təbrik edirik. İqtisadiyyat və hüquqşünaslıq sahəsində mükəmməl biliklərə sahib olmaq üçün sizə müvəffəqiyyətlər arzu edirik. Hər birinizin məqsədi bilikli və bacarıqlı mütəxəssis olmaq, ölkəmizin sosial-iqtisadi həyatında önəmli yer tutmaq, milli maraqlarımızın təmin olunmasında davamlı fəaliyyət göstərməkdir. Hər bir müdavim tədris prosesinə məsuliyyətlə yanaşmalı, daim biliyin artırılması üçün axtarışda olmalı, kollektivlə mehriban davranmalı, ənənələrə, səmimi münasibətlərin formalaşmasına töhfə verməlidir. Təhsildə uğur qazanmaq, yüksək bilik və bacarıq əldə etmək üçün Akademiyanın xidmətlərindən tam və səmərəli istifadə etməli, özünün və Akademiyanın adının yüksək səviyyədə səslənməsinə və qorunmasına çalışmalıdır.

Azərbaycan Respublikası Dövlət 

Gömrük Komitəsinin Akademiyası