DGKA | Gömrük Akademiyasında yeni tədris ili başladı




Gömrük Akademiyasında yeni tədris ili başladı

2020-09-15 16:17

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq sentyabrın 15-də 2, 3 və 4-cü kurs tələbələri tədrisə onlayn formatda başladılar.

Akademiyanın müəllimləri tərəfindən Microsoft Teams platforması üzərindən dərs cədvəlinə uyğun olaraq, tələbələrə yeni tədris ilinin ilk dərsləri keçilib.

İctimaiyyətlə əlaqələr şöbəsi