DGKA | Gömrük Akademiyasının əməkdaşları ictimaiyyətin suallarını canlı yayımda cavablandırıblar




Gömrük Akademiyasının əməkdaşları ictimaiyyətin suallarını canlı yayımda cavablandırıblar

2020-09-12 20:18

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinə  qəbul üçün keçirilmiş test imtahanlarının nəticələrinə əsasən ali məktəblərə sənəd vermiş abituriyentlərin ixtisas seçimi bu il sentyabrın 10-dan 20-dək aparılır. Dövlət Gömrük Komitəsinin Akademiyasının ixtisaslarını seçmək istəyən abituriyentlər, onların valideynləri, ümumilikdə geniş ictimaiyyət üçün ixtisas seçimi ilə bağlı sualları cavablandırmaq üçün sentyabrın 12-də canlı yayım təşkil olunub.

Akademiyanın rəsmi facebook səhifəsindən paylaşılan canlı yayımda izləyicilər onları maraqlandıran sualları ünvanlamaq imkanı qazanıblar. Abituriyentlər və valideynləri onları maraqlandıran sualları şərh bölümündə yazaraq Akademiya əməkdaşlarına birbaşa çatdırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovanın moderatorluğu ilə təşkil olunan canlı yayımda sualları Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, İKT-nin tətbiqi şöbəsinin rəisi İsmayıl Sadıqov, "İxtisas fənləri" kafedrasının müdiri Elvin Əlirzayev və Beynəlxalq əməkdaşlıq üzrə böyük mütəxəssis Elvin Mecidov cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi