DGKA | Gömrük Akademiyası canlı yayım təşkil edəcək




Gömrük Akademiyası canlı yayım təşkil edəcək

2020-09-10 17:55

Dövlət Gömrük Komitəsinin Akademiyasının ixtisaslarını seçmək istəyən abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi ilə bağlı sualları cavablandırmaq üçün sentyabrın 12-də saat 11.00-da canlı yayım təşkil olunacaq.

Akademiyanın rəsmi facebook, youtube və instagram səhifələrindən canlı yayımı həm izləmək, həm də birbaşa suallar ünvanlamaq mümkün olacaq. Bununla yanaşı, abituriyentlər və valideynləri onları maraqlandıran sualları öncədən şərh bölümündə yaza bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovanın moderatorluğu ilə təşkil olunacaq canlı yayımda sualları Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, İKT-nin tətbiqi şöbəsinin rəisi İsmayıl Sadıqov, "İxtisas fənləri" kafedrasının müdiri Elvin Əlirzayev və Beynəlxalq əməkdaşlıq üzrə böyük mütəxəssis Elvin Mecidov cavablandıracaqlar.

İxtisas seçimi ilə bağlı ətraflı məlumat almaq üçün abituriyent və valideynləri canlı yayıma qoşulmağa və onları maraqlandıran sualları Akademiya əməkdaşlarına ünvanlanmağa dəvət edirik.

İctimaiyyətlə əlaqələr şöbəsi