DGKA | Gömrük Akademiyasında “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb




Gömrük Akademiyasında “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb

2020-08-17 17:38

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ili üzrə bakalavriat səviyyəsində yeni ixtisas - “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılır.

Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin bu tədris ilindən “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilir. Bununla da, Akademiyaya qəbul olan tələbələrin də sayı artırılır.

Qeyd edək ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul 2019/2020-ci tədris ilindən başlayaraq həyata keçirilir.

Xatırladaq ki, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə də qəbul aparılır. Akademiyada magistratura səviyyəsində Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, 2020/2021-ci tədris ilindən etibarən Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına da qəbul aparılıb. Ötən il olduğu kimi, bu il də Akademiyanın magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

İctimaiyyətlə əlaqələr şöbəsi