DGKA | Gömrük Akademiyasının əməkdaşının cəbhədəki son gərginliklə bağlı məqaləsi Türkiyənin rəsmi dövlət agentliyinin saytında yayımlanıb




Gömrük Akademiyasının əməkdaşının cəbhədəki son gərginliklə bağlı məqaləsi Türkiyənin rəsmi dövlət agentliyinin saytında yayımlanıb

2020-07-18 14:58

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı Araz Aslanlının iyulun 12-dən başlayaraq, Ermənistan tərəfindən atəşkəsin pozulması, münaqişənin alovlanması ilə bağlı məqaləsi Türkiyənin rəsmi dövlət agentliyi olan Anadolu Agentliyinin saytında yayımlanıb.

Məqalədə Ermənistanın sonuncu provokasiyasının  səbəb və nəticələri təhlil edilib.

Qeyd edilib ki, atəşkəs sazişinin üstündən 26 il keçsə də, sülh danışıqları 29 ildir davam etsə də, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərini pozmağa davam edir, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmir.

"Son gərginlik göstərdi ki, Azərbaycanın uğurlu siyasəti sayəsində Ermənistan artıq öz işğalçılıq siyasətinə əvvəlki kimi dəstək tapa bilmir. Əksinə, bir çox dövlət Azərbaycanı birmənalı olaraq dəstəkləyir. Azərbaycanın siyasi, hərbi, iqtisadi uğurları və xüsusilə qardaş Türkiyənin Azərbaycana hərbi dəstək də daxil olmaqla, tam dəstək verməsi münaqişənin ədalətli həllinə olan inamı artırır" - deyə məqalədə qeyd edilir.

Məqalə Anadolu Agentliyinin saytı ilə yanaşı müxtəlif Türk KİV-lərində yayımlanıb.

Bundan əlavə Araz Aslanlının son proseslərlə bağlı İngilis, Fransız, Makedon, Alban dillərindəki təhlili dünyanın müxtəlif aparıcı KİV-lərində yayımlanıb.
 

https://www.aa.com.tr/tr/analiz/azerbaycan-ermenistan-cephe-hattindaki-gerginligin-nedenleri-ve-muhtemel-sonuclari/1912394

https://www.aa.com.tr/fr/analyse/raisons-et-cons%c3%a9quences-%c3%a9ventuelles-des-tensions-sur-le-front-azerba%c3%afdjan-arm%c3%a9nie-analyse/1912622

https://eurasiantimes.com/analysis-azerbaijan-armenia-reasons-probable-results-of-tension-at-front-line/

https://www.yenisafak.com/en/world/azerbaijan-armenia-reasons-probable-results-of-tension-at-the-front-line-3534723


İctimaiyyətlə əlaqələr şöbəsi