DGKA | Gömrük Akademiyasının tələbələri onlayn imtahanlarla bağlı məlumatlandırılıblar




Gömrük Akademiyasının tələbələri onlayn imtahanlarla bağlı məlumatlandırılıblar

2020-05-21 19:48

Dövlət Gömrük Komitəsinin Akademiyasında qəbul edilmiş yeni qaydalara əsasən təşkil olunacaq 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları ilə bağlı tələbələrlə onlayn görüş keçirilib.

Görüşdə bildirilib ki, imtahanlar Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.

Akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında tələbələrə geniş məlumat verilib. Onlayn qaydada şifahi keçiriləcək imtahan zamanı tələbələrə iki sualın təqdim olunacağı bildirilib. Tələbələrə sualların şifahi cavablandırılması ilə bağlı prosesin detalları izah edilib.

Tələbələrə qiymətləndirmədə nəzərə alınması mümkün ola bilən nüanslar izah olunub, imtahandan öncə tələbələrin imtahan üçün əlverişli mühiti yaratmaları, verilən vaxtdan səmərəli istifadə olunması tövsiyə olunub.

Bildirilib ki, tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən onlayn sınaq imtahanı da təşkil ediləcək.

Görüşdə çoxsaylı suallar cavablandırılıb və geniş müzakirə aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi