DGKA | Gömrük Akademiyası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn kompozisiya təqdim edib




Gömrük Akademiyası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn kompozisiya təqdim edib

2020-05-10 12:18

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri karantin dövründə onlayn tədris prosesini müntəzəm olaraq davam etdirməklə yanaşı, sosial fəaliyyətlərinə də fasilə verməyiblər.

Akademiya tələbələri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn kompozisiya hazırlanıb. Onlayn kompozisiyada müasir müstəqil Azərbaycanın memarı, Ulu öndər, böyük siyasi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolu və silinməz yeri vurğulanıb.

Tələbələrin ifasında mahnı və şeirlər səsləndirilib, Akademiyanın rəqs qrupu və xor qrupunun ifaları təqdim olunub.

Tələbə-gənclər hər zaman Vətənin, dövlətin keşiyində dayanaraq, fədakarcasına canından, qanından keçməyə hazır olduqlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi