DGKA | ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Gömrük Akademiyasında olub




ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Gömrük Akademiyasında olub

2020-03-03 13:42

Martın 3-də ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kiit Roberts Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.

Akademiyanın rəisi Qulu Novruzov qonağa Akademiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris və təlim prosesi haqqında məlumat verib. O, Akademiyada bakalavriat və magistratura təhsili ilə yanaşı, gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərindən də söz açıb. Beynəlxalq əməkdaşlığın Akademiya üçün əhəmiyyətini vurğulayan Qulu Novruzov Avropa və ABŞ universitetləri ilə əlaqələrin qurulmasında, uyğun istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kiit Roberts Akademiyada olmaqdan məmnunluğunu bildirib və səmimi qəbula görə təşəkkür edib. O, Akademiyada həyata keçirilən müsbət dəyişikliklərin diqqəti cəlb etdiyini deyib. Qonaq universitetlərarası əlaqələrin qurulmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanları, Akademiya ilə ABŞ universitetləri arasında qarşılıqlı mübadilə və digər maraq doğuran məsələlər müzakirə olunub.

Sonra qonaq Akademiyada yaradılan infrastrukturla tanış olub.

İctimaiyyətlə əlaqələr şöbəsi