DGKA | Konteynerlərin hədəflənməsi mövzusunda təlim başa çatıb




"Konteynerlərin hədəflənməsi" mövzusunda təlim başa çatıb

2020-02-29 14:52

Fevralın 28-də Bakı şəhərindəki "Holiday İnn" otelində "Konteynerlərin hədəflənməsi" mövzusunda təşkil olunan dörd günlük təlim başa çatıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının birgə həyata keçirdiyi "Hunter" layihəsi çərçivəsində reallaşdırılan təlimdə Komitənin aidiyyəti struktur bölmələri, ərazi və ixtisaslaşmış gömrük idarələri və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak ediblər.

Təlim zamanı konteynerlərdə qaçaqmalçılıq, İngiltərə konteynerlərinin hədəflənməsi quruluşu, proses və avtomatlaşdırılmış sistem, göndərilmə sənədləri, təchizat zəncirinin rolu, risk göstəriciləri, açıq mənbə etibarlılığının yoxlanılması, konteyner növləri və identifikasiyası, konteyner izlənməsi və digər mövzularda iştirakçılara ətraflı məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi