DGKA | Dövlət Gömrük Komitəsinin sədrinin müavini Beynəlxalq Qış məktəbində təlim keçib




Dövlət Gömrük Komitəsinin sədrinin müavini Beynəlxalq Qış məktəbində təlim keçib

2020-02-12 17:44

Fevralın 12-də Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə təşkil olunan IV Beynəlxalq Qış məktəbinin sonuncu günündə iştirakçılar üçün  təlim keçib.

İqbal Babayev Qış məktəbinin iştirakçılarına layihə menecmenti, layihələrin idarə olunması ilə bağlı təqdimatla çıxış edib. O, iştirakçılara layihə, layihələrin idarə edilməsinin məqsədi, innovativ yanaşma, layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu, layihələrin idarə edilməsinin nəzəri və metodoloji əsasları barədə təqdimatla çıxış edib.

Təqdimat təlimin iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki,  IV Beynəlxalq Qış məktəbi 4-12 fevral tarixlərində keçirilib. Qış məktəbinin təşkil edilməsində əsas məqsəd gömrük xidməti sahəsində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin tətbiq etdiyi son yeniliklərlə bağlı gömrük ixtisası üzrə təhsil alan və gələcəkdə bu sahədə çalışacaq tələbələrin məlumatlandırılması, eyni zamanda, tədqiqatların aparılması, müxtəlif sahələr üzrə akademik yazı bacarıqlarının formalaşdırılmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi