DGKA | Gömrük Akademiyasının kollektivi qanvermə aksiyasında iştirak edib




Gömrük Akademiyasının kollektivi qanvermə aksiyasında iştirak edib

2019-12-13 15:54

Dekabrın 13-də Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi qana ehtiyacı olan talassemiya daşıyıcısı uşaqlar üçün gömrük xidməti əməkdaşları arasında keçirilən qanvermə aksiyası çərçivəsində qan veriblər. Aksiya Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankından ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən könüllülük prinsipi ilə təşkil edilib.

Müvafiq tibbi yoxlama prosedurlarından sonra Akademiyanın əməkdaşlarından qan götürülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi