DGKA | Azərbaycan gömrük orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər




Azərbaycan gömrük orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

2019-12-12 18:03

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.

Dekabrın 12-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı əməkdaşları da Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi