DGKA | Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər




Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

2019-12-12 17:51

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi