DGKA | Gömrük Akademiyasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər




Gömrük Akademiyasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

2019-11-18 12:25

Dövlət Gömrük Komitəsinin Akademiyasının İKT-nin tətbiqi şöbəsinin rəisi İsmayıl Sadıqov, Katiblik şöbəsinin hüquqşünası Seymur Əsgərli noyabrın 15-də Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və AMEA Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfransda iştirak ediblər.
Beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsində son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi