DGKA | Gömrük Akademiyası elmi-praktiki konfransda təmsil olunub




Gömrük Akademiyası elmi-praktiki konfransda təmsil olunub

2019-11-07 18:43

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri noyabrın 7-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyinə həsr oIunmuş "Konstitusiya hüququnun aktual problemləri" mövzusunda keçirilmiş tələbə və magistrantların elmi-praktiki konfransında iştirak ediblər.

Konfransda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova məruzə ilə çıxış edərək, müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olan Konstitusiyanın qəbul edilməsini Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi qiymətləndirib.

Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Dövlət idarəçilik Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaş və tələbələri konfransda aktiv iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi