DGKA | Tacikistanlı qonaqlar Gömrük Akademiyasında olublar




Tacikistanlı qonaqlar Gömrük Akademiyasında olublar

2019-11-08 17:56

Dövlət Gömrük Komitəsində Tacikistan Respublikasının sərhəd idarəçiliyi sahəsində çalışan yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə noyabrın 8-də "Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin təşkili üzrə qabaqcıl təcrübələrin öyrənilməsi" mövzusunda keçirilmiş görüşün iştirakçıları Gömrük Akademiyasında olublar.
Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin Gömrük Nəzarəti Bölməsinin rəhbəri Abdukadirzoda Camşed, ATƏT-in Düşənbədəki Proqram ofisinin əməkdaşı Daler Xamidov Akademiyanın rəisi Qulu Novruzovla görüşüblər.
Qulu Novruzov qonaqları salamlayaraq, onlara Akademiyanın yaranma tarixi və  fəaliyyəti barədə məlumat verib. Beynəlxalq əməkdaşlığın prioritet olduğunu deyən Akademiya rəisi ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin Gömrük Nəzarəti Bölməsinin rəhbəri Abdukadirzoda Camşed ölkəmizdə və Akademiyada olmaqdan məmnunluq ifadə edib. O, təmsil etdiyi qurumun əməkdaşlarının Akademiyanın ixtisasartırma təlimlərinə cəlb olunmasında maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək hədəfləri müzakirə olunub, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Akademiyada yaradılmış infrastrukturla yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi