DGKA | Gömrük Akademiyasının əməkdaşları mükafatlandırılıb




Gömrük Akademiyasının əməkdaşları mükafatlandırılıb

2019-10-09 16:38

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı 5 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı mükafatlandırılıblar.
Xidmətdə fərqlənmiş gömrük əməkdaşları barəsində həvəsləndirmə tədbiri tətbiq edilərək, Akademiyanın rəis müavini Şəmsəddin Abışov, Monitorinq və qiymətləndirmə şöbəsinin böyük mütəxəssisi Əbilxan İsayev “Fəxri fərman”la təltif olunub. Ümumtəhsil fənnləri kafedrasının müdiri Ramiz Allahverdiyevə gömrük xidməti kapitanı xüsusi rütbəsi verilib. Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Tədris-metodiki işin təşkili şöbəsinin baş mütəxəssisi Rəhimə Nurəliyeva və İKT-nin tətbiqi şöbəsinin böyük mütəxəssisi Sənan Mahmudova, eyni zamanda "Azərterminalkompleks" Birliyinin Akademiyaya təhkim olunmuş əməkdaşları - Ümumi şöbənin baş inspektoru Əfqan Əliyev və Maliyyə-İqtisad şöbəsinin inspektoru Aslan Hüseynova təşəkkür elan olunub.
Mükafatları təqdim edən Gömrük Akademiyasının rəisi Qulu Novruzov Komitə rəhbərliyinə Akademiya kollektivinə göstərdiyi yüksək qayğı və diqqətə görə təşəkkürünü bildirib və hər bir əməkdaşa fəaliyyətində uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi