DGKA | Gömrük Akademiyasının əməkdaşı və tələbələri konfransda iştirak ediblər




Gömrük Akademiyasının əməkdaşı və tələbələri konfransda iştirak ediblər

2019-10-04 23:46

Oktyabrın 3-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının (TGT) rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Akademiyanın “İxtisas fənnləri kafedrası”nın müdiri Elvin Əlirzayev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri, “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Orxan Yusifov və TGT Katibliyinin sədr müavini, “İqtisadiyyat” ixtisası üzrə I kurs tələbəsi Ləman Əsədova iştirak ediblər.

Konfransda Elvin Əlirzayev çıxış edərək bildirib ki, Akademiyada Tələbə Elmi Cəmiyyəti (TEC) ilə TGT birgə fəaliyyət göstərir və onlar tələbələrin elmi-tədqiqat işlərinə müsbət təsir edir.

Eyni zamanda o, Akademiyada tələbələrin elmi mövzularda fəaliyyəti üçün maddi-texniki bazanın inkişaf etdirildiyini qeyd edib.

Konfrans interaktiv şəkildə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi